Ekspert bildirib ki, Makron əvvəlki dönəmlərdə olduğu kimi bu dəfə də müxtəlif ölkələr və şəxslərin adını çəkərək, Fransanın daxili siyasətinə müdaxilə ilə bağlı əsassız ittihamlar səsləndirib. Onun sözlərinə görə, Makronun bu yanaşması, əslində, öz uğursuz siyasətini gizlətmək cəhdidir:
"Makronun açıqlamalarından belə görünür ki, o, Fransanın daxili siyasətinə müdaxilələrin qarşısı alınsa, böyük uğurlar əldə edə biləcəyini iddia edir. Ancaq reallıq tam əksini göstərir. Onun rəhbərliyi dövründə Fransa nə daxili, nə də xarici siyasətdə irəliləyişə nail olub. Əgər Makronun siyasəti uğurlu olsaydı, onun partiyası həm Avropa İttifaqı parlamentində, həm də Fransa parlamentində keçirilən seçkilərdə biabırçı şəkildə məğlub olmazdı və nüfuzu sürətlə aşağı düşməzdi".
Makronun Azərbaycana qarşı ittihamları da gülünc kimi qiymətləndirilir. Zeynal Əmrəliyev bu ittihamları təkzib edərək vurğulayıb ki, əksinə, Fransa Azərbaycana qarşı təxribatçı və müdaxiləçi siyasət yürüdür:
"Fransa prezidenti Azərbaycanı daxili işlərə müdaxilə etməkdə ittiham edir ki, bu, tamamilə əsassız və gülünc bir iddiadır. Əksinə, Fransanın özü müxtəlif yollarla Azərbaycanın daxili işlərinə qarışır. Bunun sübutlarından biri də Fransanın kəşfiyyat agentinin Azərbaycanda həbs olunmasıdır. Paris müxtəlif vasitələrlə Cənubi Qafqazda gərginliyi artırmağa çalışır və Azərbaycanda müxtəlif təxribatların törədilməsinə çalışır. Bu, Azərbaycanın suverenliyinə müdaxilə edir. Fransa bu gün faktiki şəkildə Azərbaycanın suverenliyi üçün təhdid törədir".
Ekspert həmçinin Fransa prezidentinin neokolonial siyasətinə toxunub və Azərbaycanın beynəlxalq səviyyədə bu siyasətə qarşı humanist mövqe sərgilədiyini qeyd edib:
"Fransa müstəmləkəçilik siyasətini davam etdirir və buna qarşı çıxan ölkələri ittiham edir. Azərbaycanın Yeni Kaledoniya məsələsindəki mövqeyi isə sırf humanist və beynəlxalq hüququ dəstəkləyən bir mövqedir. Bu, Fransa üçün narahatlıq yaradır, lakin bu narahatlıq tamamilə əsassızdır. Fransa müstəmləkə dövlətidirsə, Fransada bunu görməlidir. Bunu görmək istəmirsənsə, müstəmləkəçilik siyasəti aparmamalısan. Fransa müstəmləkəçilik siyasəti aparır və buna qarşı gələnləri də müxtəlif səviyyədə ittiham edir. Bu, Fransanın daxili siyasəti deyil, neokolonizm beynəlxalq bəladır və Azərbaycan da humanist bir ölkə kimi buna qarşı mübarizə aparır".
Zeynal Əmrəliyev sonda vurğulayıb ki, Makron öz siyasətindəki uğursuzluqları gizlətmək üçün manipulyasiya taktikasına əl atır. Onun bu yanaşması isə həm Fransanın daxili, həm də xarici arenada nüfuzunun sürətlə azalmasına səbəb olub.
Qiymət Mahir