Ukrayna pilotsuz təyyarələri kütləvi şəkildə Rusiyanın Saratov və Engels şəhərlərinə hücum edib. Nəticədə neft anbarı yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri BAZA telegram kanalı yayıb.
Mənbə qeyd edir ki, hücum gecə saatlarında baş verib.
“Hava Hücumundan Müdafiə Qüvvələri PUA-nı vurub. Engelsdəki sənaye obyektinə (neft anbarını nəzərdə tutur) dronun dağıntıları düşüb. Yanğınsöndürmə briqadaları və fövqəladə hallar xidməti hadisə yerindədir”, - Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib.
Bizim.Media