Referans.az xəbər verir ki, Venesuela liderinin sözlərini "RİA Novosti" sitat gətirib. Maduronun sözlərinə görə, ələ keçirilən muzdluların hamısı ən yüksək təbəqədəndir, onların bənzərləri heç vaxt Venesuelada tutulmayıb və onların hamısı, o cümlədən Ukraynadan olanlar ölkəyə terror aktları törətmək üçün gəliblər.
Maduro aydınlaşdırıb ki, tutulan digər potensial terrorçular arasında iki amerikalı və iki kolumbiyalı var. Venesuela prezidenti onların tezliklə hər şeyi etiraf edəcəklərinə əmin olduğunu bildirib./publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31