EN

“Bəli, klubu almaq istəyir, amma bu o demək deyil ki, onu alacaq”

Amerikalı sahibkar İlon Mask İngiltərənin “Liverpul” futbol klubunu almaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian”a milyarderin atası Errol Mask bildirib.

“Bəli, İlon klubu almaq istəyir. Amma bu o demək deyil ki, onu alacaq. O, istərdi, bəli, əlbəttə. İstənilən olardı. Mən də!” - o deyib.

Klub hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group”a (FSG) məxsusdur. “Liverpul” 46 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Chosen
22
sportinfo.az

1Sources