EN

Seysmoloqlar Tibetdə baş verən zəlzələdən sonra 515 yeraltı təkan aşkar ediblər

Çinli seysmoloqların əsas və ən dağıdıcı zəlzələdən sonra 24 saat ərzində Tibet Muxtar Bölgəsindəki fəlakət bölgəsində 515 yeraltı təkan qeydə aldığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Şiqatse şəhəri ərazisində davam edən seysmik fəaliyyətin 95%-ə qədəri maqnitudası 3,0-dan az olan zəlzələlər olub. Bunlardan ən güclüsü 4,4 bal gücünə çatıb.

Yanvarın 7-də ABŞ Geoloji Xidməti Nepalla sərhəddə yerləşən Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirib. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ bir çox yaşayış binalarını və infrastrukturu sıradan çıxarıb. Axtarış-xilasetmə əməliyyatlarına 400-dən çox hərbçi cəlb olunub və insanlar təbii fəlakət bölgəsindən təxliyə edilib.

Chosen
17
operativmm.az

1Sources