ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmaq niyyətindədir. Onun sözlərinə görə, bu addım onun administrasiyasının yeni siyasətinin tərkib hissəsi olacaq. O, bu barədə çərşənbə axşamı, yanvarın 7-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu barədə tezliklə elan edəcəyik. Bu bölgədə işlərin çoxunu biz görürük və o, bizimdir. Biz Meksika Körfəzinin adını Amerika Körfəzi adlandırmaq niyyətindəyik. Bu, geniş ərazini əhatə edən böyük bir addır. Amerika körfəzi - nə gözəl addır”, deyə RİA Novosti onun sözlərini sitat gətirir.
Tramp adın dəyişdirilməsi ilə bağlı qərarın qəbulu üçün konkret müddət açıqlamayıb, lakin yaxın vaxtlarda bu barədə açıqlama veriləcəyini bildirib.
Elə həmin gün seçilmiş Amerika lideri Panama kanalının ABŞ-ın nəzarətinə qaytarılması məsələsini artıq Panama rəhbərliyi ilə müzakirə etdiyini bildirib.
Ülviyyə, Hurriyyet.az