EN

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsindən gəlirlər azalıb

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 158,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Modern.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 740,7 milyon ABŞ dolları və yaxud 10,73 % azdır.

2023-cü ildə ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Chosen
30
1
modern.az

2Sources