EN

Rus sərhədçiləri Türkiyə ilə sərhədən də çıxa bilər

Ermənistanın Türkiyə ilə sərhədi açılsa, Rusiya sərhədçilərinin sayı azaldıla bilər 

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, Rusiya sərhədçilərinin sayının azaldılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb: “Əgər Ermənistanla Türkiyə arasında işləyən, açıq sərhəd varsa, etimad varsa, o zaman bu məsələni nəzərdən keçirə və müzakirə edə bilərik”.

Mirzoyan qeyd edib ki, Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması ilə bağlı hər hansı müzakirə hazırda İrəvanın gündəmində deyil.

2025-ci ilin yanvarından Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki Aqarak keçid məntəqəsində xidmətini dayandırıb.

2024-cü il avqustun 1-də İrəvan "Zvartnots" Beynəlxalq Hava Limanında Rusiya FTX-nin sərhəd xidmətinin nümayəndələri xidməti başa vurub.

Rusiya FTX-nin sərhəd departamentinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə birlikdə 1992-ci ildə bağlanmış müqavilə əsasında ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur.


Telegram kanalımız
Chosen
21
yenisabah.az

1Sources