EN

Ukraynanın bu qərarı qəbuledilməzdir - Siyarto

Ukraynanın Rusiya qazının Avropaya tranzitini dayandırması qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

O vurğulayıb ki, AB-yə üzvlüyə namizəd olan Ukrayna enerji təchizatı marşrutlarını saxlamağa borcludur:

“Təbii qaz və neft nəqli marşrutlarının bağlanması qəbuledilməzdir və AB-yə inteqrasiya gözləntilərinə ziddir.

Qeyd edək ki, Ukrayna yanvarın 1-dən etibarən Rusiyadan AB ölkələrinə yanacaq nəqlini dayandırmaq barədə qərar qəbul edib.

Chosen
21
2
axar.az

3Sources