Ajans.az xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı mənbələrə istinadən məlumat yayıb.
Nümayəndə heyətinə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri də daxil olub.
Amerika rəsmiləri Suriyanın hakimiyyətinin lideri Əhməd əl-Şara ilə görüşüb.
Nümayəndə heyəti sanksiyaların aradan qaldırılması məsələsinə əlavə olaraq Suriya rəsmiləri ilə təhlükəsizlik məsələsini və yeni hakimiyyət orqanlarının terrorla mübarizə üçün göstərdiyi səyləri müzakirə edib