“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne ABŞ-nin “San Dieqo” klubuna keçmək üçün danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Qeyd olunur ki, tərəflər razılığa gəlməyə yaxındırlar. “San Dieqo” Böyük Britaniya əsilli misirli iş adamı Məhəmnəd Mansura məxsusdur. Klubun 2025-ci ildə MLS-də debüt etməyi gözlənilir.