EN

Vətəndaşların 1,6 milyon manatını mənimsəyən şəxslə bağlıQƏRAR

Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vaqif Alıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Gundem.az pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Vaqif Alıyev Bakıda MMC-lərin birinin təsisçisi və direktoru olub. O, 4 nəfər şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq edib.

Belə ki, təqsirləndirilən şəxs həmin şəxslərə rəhbəri olduğu MMC-nin direktoru kimi guya London şəhərində yerləşən şirkətin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və onların icazəsi ilə aralarında olan razılaşmaya əsasən müxtəlif ölkələrdə keçirilən “Formula-1 Qran Pri” yarışlarında VİP zonalara biletlərin alınıb-satılmasını həyata keçirdiyini və bununla yüksək gəlir əldə etdiyini yalandan bildirib. Vaqif Alıyev bu yolla 2021-2022-ci illərdə həmin şəxslərdən ümumilikdə 1 623 415 manat pulunu ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Chosen
12
3
gundem.az

4Sources