EN

R.T.Ərdoğan İ.Əliyevlə telefon danışığı aparıb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı keçirib. Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr  İdarəsinin verdiyi məlumata görə, danışıq zamanı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyə ilə Azərbaycanın "İki dövlət, bir millət" anlayışı ilə əməkdaşlığı hər sahədə inkişaf etdirməyə davam edəcəyini bildirib. 

Türkiyə prezidenti ölkənin Cənubi Qafqaz bölgəsində daimi sülhün təmin olunmasına tam dəstək verdiyini və hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb.



Chosen
18
trt.net.tr

1Sources