EN

Gündə bir stəkan süd içsək nə baş verər?

İngiltərənin Oksford Universitetindən Dr. Keren Papier və komandası 542 mindən çox qadının qidalanma məlumatlarını təhlil edib.

“Cebheinfo.az” xəbər verir ki, Papier və komandası tərəfindən 97 məhsul və qida ilə xərçəngə tutulma riski arasındakı əlaqə araşdırılıb.

Tapıntılar 16 il ərzində süd və qatıq kimi kalsiumla zəngin qidaların və içkilərin daha az diaqnoz riski ilə əlaqəli olduğunu göstərib.

Buna görə gündə bir stəkan süd içmək bağırsaq xərçəngi riskini təxminən beşdə bir qədər azalda bilər. 

Qeyd edək ki, bağırsaq xərçəngi dünyada ən çox görülən üçüncü xərçəng növüdür. Hər il təxminən 2 milyon xəstəliyə və bir milyon ölümə səbəb olur.

Chosen
6
1
cebheinfo.az

2Sources