Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.
Baş nazir qeyd edib ki, bunun üçün Qazax-Tavuş istiqamətində həyata keçirilən demarkasiya təcrübəsi və iki ölkənin delimitasiya komissiyalarının birgə işinin qaydalarına əsaslanaraq, delimitasiya və demarkasiya prosesi davam etdirilməlidir.
Paşinyan bəzi digər təklifləri bunlardır:
"90 faiz hazır olan sülh müqaviləsi imzalamaq;
Atəşkəs pozuntularının araşdırılması üçün birgə mexanizm tətbiq etmək;
Harada olduğu məlum olmayan şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsinin həlli istiqamətində tam intensivliklə işləmək;
Beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, amma bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək;
Sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək;
Silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı danışıqlar mexanizmini formalaşdırmaq;
Hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri bütövlükdə müzakirə etmək, sülh əldə edildikdən sonra birgə peşəkar, ekspert komitəsinin formalaşdırılması;
ATƏT-in Minsk qrupunun buraxılması".
İki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, Paşinyan bununla bağlı özünün irəli sürdüyü "Sülh qovşağı" layihəsinə istinad edib. (teleqraf)