EN

Qəzzada zorlama: hər iki tərəf bir-birini ittiham edir - BMT rəsmisini tələbinə isə "yox" deyilib

"İsrail BMT-nin 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə ilk və qəfil hücumu zamanı yaşanan kütləvi zorlama faktları üzrə iddiaların araşdırmasına mane olur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti yazıb.

Qəzet yazıb ki, BMT Baş katibinin münaqişə bölgələrində xüsusi nümayəndəsi Pramila Patte oktyabrın 7-də israillilərə qarşı “seksual cinayətlər” törədildiyinə dair iddiaları araşdırmaq üçün Təl-Əviv rəhbərliyinə müraciət edib: "Patte, həmçinin İsrail əsgərlərinin də həbsxana və təcridxanalarda saxlanılan fələstinlilərə qarşı cinsi zorakılıq cinayətlərin araşdırılmasına şərait yaratmağı tələb edib. İsrail hər iki tələbi müxtəliuf arqumentlərlə geri çevirib".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Chosen
13
mia.az

1Sources