EN

Almanlar hərbi obyektlərin yaxınlığında naməlum PUA-lardan narahatdır

Almaniya səlahiyyətliləri dronların ölkənin təhlükəsizlik obyektlərində casusluq məqsədilə istifadə edilməsi ilə bağlı şikayətlərin artdığını qeyd edib.

Herbiand.az bildirir ki, bu barədə Bild qəzetinə Almaniya Daxili İşlər Nazirliyi məlumat verib.

Qəzet Daxili İşlər Nazirliyinin yazılı cavabından sitat gətirib: “Almaniyada təhlükəsizliklə bağlı hədəflərə qarşı casusluq üçün iri dronlardan istifadə nəzərəçarpacaq dərəcədə artır. Ehtimal olunur ki, aparatlar “Rusiya hibrid müharibəsi”nin bir hissəsi kimi istifadə edilir”.

Nazirliyin məlumatına görə, Almaniyanın 16 federal əyalətindən yalnız birində, Raynland-Pfalzda polis bölmələri naməlum dronlarla bağlı 100-ə yaxın məlumat alıb. Bu bölgədə ABŞ-ın Ramstayn və Şpanqdalem hərbi bazaları yerləşir.

Naməlum pilotsuz uçuş aparatları, həmçinin Rheinmetall müdafiə və BASF kimyəvi konsernlərinin üzərində də aşkar olunub, xüsusən də 2024-cü ilin dekabrında. ABŞ ordusu da bu məlumatları təsdiqləyib.

Daxili İşlər Nazirliyi əlavə edib ki, bu dronların heç biri dayandırılmayıb və ya müəyyən edilməyib. Çünki səlahiyyətli orqanlarda müvafiq texnologiya yoxdur.

Bəxtiyar CƏFƏRLİ

Chosen
30
herbiand.az

1Sources