“Tramp Putinə, yaxud rusiyalılara nəsə verməyə çalışmlır”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “Tramp Putinə və ya ruslara nəsə verməyə yox, Ukraynanın xilas edilməsini və onun suverenliyinin qorunub saxlanmasını təmin etməyə çalışır”: "O, bunun(Ukrayna məsələsinin həllinin)ədalətli və dürüst olduğuna əmin olmaq niyyətindədir. O, həm Zelenski onu “Trump Tower”-də ziyarət edəndə, həm də mətbuat konfransında bunu müzakirə edərkən bu barədə dəfələrlə danışıb".
O, həmçinin əlavə edib ki, Tramp həm Zelenski, həm də Putinlə dialoq aparacaq və razılaşma əldə etmək üçün mümkün son tarix kimi 100 gün göstərəcək.
“AzPolitika.info”