EN

“Qarabağ” yoxlama oyununda “Kəpəz”ə 5 qol vurdu

Bu gün “Qarabağ” və “Kəpəz” komandaları qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar Bakıdakı “Azərsun Arena”da qarşılaşıblar.

Məhsuldar keçən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azarkeşlər üçün qapalı keçirilmiş oyunda meydan sahiblərinin heyətində Aleksey Kaşuk het-trikə imza atıb. Ağdam təmsilçisinin digər qollarını Emmanuel Addai və Davud Məsumov vurublar. Gəncəlilərin heyətində isə Ehtiram Şahverdiyev fərqlənib.

Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də “Zirə” ilə də yoxlama oyunu keçirəcək. “Kəpəz”in növbəti rəqibi isə hələlik məlum deyil.

Ağdam klubu Azərbaycan Premyer Liqasının cari mövsümünün ilk yarısını qış çempionu kimi başa vurub. “Kəpəz” isə sıralamada 11 xalla 9-cudur.

Yoxlama oyunu
9 yanvar

Qarabağ – Kəpəz 5:1
Qollar: Aleksey Kaşuk, 5; 14; 35. Emmanuel Addai, 38. Davud Məsumov, 64 – Ehtiram Şahverdiyev, 67.
Bakı. “Azərsun Arena”.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Kəpəz: 22. Məmməd Hüseynov, 3. Mahamadu Ba, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 10. Kərim Lkuça, 15. Cavad Kərimov, 17. Ümid Səmədov, 77. Viktor Braqa, 78. Yeqor Xvalko, 79. Nicat Süleymanov, 99. Əli Səmədov.
Baş məşqçi: Azər Bağırov.

Chosen
22
39
arena.az

10Sources