EN

Avropadan Rusiyaya daha bir zərbə: 100 min ton gübrə...

Rusiyanın ən böyük gübrə istehsalçılarından biri olan “Uralchem”in baş direktoru Dmitri Konyayev bildirib ki, Avropa limanlarında təxminən 100 min ton Rusiya gübrəsi saxlanılır.

“Cebheinfo.az” xəbər verir ki, Konyayev Rusiya dövlət kanalı “Rossiya-24”ə açıqlamasında humanitar yardım üçün müxtəlif ölkələrə 200 min ton gübrə göndərdiklərini qeyd edib.

Bunu xüsusilə ərzaq təhlükəsizliyi problemi olan ölkələrə yönləndirdiklərini vurğulayan Konyayev, "Avropa limanlarında da təxminən 100 min ton gübrə gözləyir" deyib.

Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quryev ötən ay bildirib ki, ölkənin gübrə ixracı 2024-cü ildə rekord həddə, 40 milyon tona çatacaq.

Rusiya qlobal bazarda 16 faiz payla Çindən sonra ikinci ən böyük gübrə ixracatçısıdır.

Chosen
10
1
cebheinfo.az

2Sources