EN

"Qarabağ"ın gənc hücumçusu: "Özümü doğrultmaq üçün daha çox çalışacağam"

Bu mənim üçün yadda qalan bir gündür.

Bunu "Operativ Media"ya açıqlamasında "Qarabağ" klubunun əvəzedici heyətdə əsas komandaya dəvət etdiyi və "Kəpəz"lə yoxlama oyununda qol vuran Davud Mənsumov bildirib.

18 yaşlı hücumçu oyunlarda özünü doğrultmaq istədiyini deyib.

"Bu gün əsas komandada ilk oyunuma çıxdım və qol vurdum. Bu, mənim üçün yadda qalan bir gündür. Çox sevincliyəm. İnşallah, daha çox çalışacağam ki, daha çox şans qazanım və oyunlarda özümü doğruldum. Bu şansı mənə verdikləri üçün "Qarabağ" rəhbərliyinə və məşqçilərimə çox təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" yoxlama oyununda "Kəpəz"i 5-1 hesabı ilə məğlub edib.

 

 

Chosen
21
operativmedia.az

1Sources