EN

ABŞ-da işə qəbul ötən il 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-lı işəgötürənlər tərəfindən işə götürüləcək insanların sayının 2024-cü ildə 769 min 953 olduğu açıqlanıb.

Banco.az xəbər verir ki, işdən çıxarılma və işə qəbul qeydlərini aparan “Challenger, Gray & Christmas” konsaltinq şirkəti 2024-cü ilin dekabr ayına dair hesabatını yayımlayıb.

Hesabata görə, ABŞ mərkəzli işəgötürənlərin elan etdiyi işdən çıxarılma sayı ötən ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 11 faiz artaraq 38 min 792-ə yüksəlib.

2024-cü ilin son rübündə elan olunan işdən çıxarılmalar da illik əsasda 30 faiz artaraq 152 min 116-ya çatıb.

Ötən ilin ümumi nəticələrinə görə, elan edilən işdən çıxarılma sayı 2023-cü ilə nisbətən 5,5 faiz artaraq 761 min 358-ə çatıb ki, bu da 2020-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Texnologiya sektorunda elan edilən işdən çıxarılma sayı ötən il əvvəlki illə müqayisədə 20,3 faiz azalaraq 133 min 988-ə enib.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
17
banco.az

1Sources