Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.
O vurğulayıb ki, bu, ilk növbədə Azərbaycan iqtisadiyyatının böyüməsi ilə bağlıdır.

"İkinci amil isə onunla əlaqədardır ki, manatın alıcılıq qabiliyyətində, kommunal qiymətlərdə və enerji daşıyıcıların qiymətində baş verən dəyişikliklər məsrəfləri artırır. Bu da tikinti şirkətlərinin və sahibkarların qiymətlərdə dəyişiklik etməsi ilə nəticələnir.
İşğaldan azad edilən ərazilərimizdə yenidən quruculuq işlərinin başlaması tikinti bazarında aktivliyin meydana gəlməsinə səbəb olub. Bu da tikinti materiallarının qiymətlərinin artmasına səbəb olan amillərdəndir. Eyni zamanda, tikinti materiallarına tələbat artıb", - V.Oruc qeyd edib.
Sədrin sözlərinə görə, hazırda paytaxtda çoxmərtəbəli binaların tikintisi aktivləşib.
Ukrayna-Rusiya müharibəsinin də ölkəmizdə tikinti materialları və daşınmaz əmlak bazarına təsiri böyük oldu. Həmin ölkələrə investisiya yerləşdirən həmvətənlərimiz müharibədən sonra yatırımlarını daha çox Azərbaycanda qoymağa başladılar. Bu investisayalar, əsasən, daşınmaz əmlak bazarına qoyuldu. Çünki əmlaka qoyulan investisiya həm gəlirli, həm də təhlükəsizdir. Daşınmaz əmlaka olan maraq yeni yaşayış və qeyri-yaşayış binalarının tikilməsinə səbəb olur. Bu da tikinti materiallarına tələbatı artırır. Tələbat artdıqca qiymətlər artır.
Tikinti materiallarının qiyməti stabil qalmır, dəyişir. Bu, mövsümə, ilə görə dəyişə bilir. Bu il ötən ilə nisbətdə ilkin tikinti bazarında qiymətlərin 12-15% artımı gözlənilir. Bu da materiallarının qiymətində özünü göstərəcək.
Aşağıdakı cədvəldə ayrı-ayrı tikinti materialları üzrə qiymət dəyişmələrini təqdim edirik:

10Sources
-
hit.azMənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI ( 15434179)
-
metbuat.azBu rüsumlar daşınmaz əmlakı bahalaşdırır - ( 15427137)
-
yenisabah.azBakıda ən gəlirli əmlak bu ərazidədir – 2500 manat aylıq qazanc ( 15423919)
-
metbuat.azTorpaqla bağlı rüsumlar yüksəkdir? - ( 15401501)
-
referans.azAzərbaycanda ipoteka sistemində PROBLEMLƏR - Vətəndaşlar bu çətinliklərlə üzləşir... ( 15397237)
-
modern.azBakıda kirayə evlər bahalaşıb - Ekspert səbəbini AÇIQLADI ( 15375535)
-
sia.azBu il əmlak bazarında qiymətlərin artması müşahidə olunur? - REPORTAJ ( 15369897)
-
fed.azAzərbaycanda 3 bankda əhalinin əmanətləri 1 milyard manatdan çoxdur ( 15318697)
-
cebheinfo.azBoşanmadan da əmlakı bölə bilərsiniz ( 15317229)
-
redaktor.azDaşınmaz əmlak alarkən diqqət yetirilməli olan MƏQAMLAR ( 15300093)