AzVision.az xəbər verir ki, bu barədə "Unian"məlumat yayıb.
Nəşr Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə verdiyi açıqlamadan sitat gətirib: “O(Putin-red.) görüşmək istəyir və biz də buna hazırlıq görürük”.
Tramp iddia edib ki, hətta Kreml rəhbəri görüş istəyini açıq şəkildə deyib."Biz bu müharibəni bitirməliyik", - Tramp vurğulayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az