EN

"Ermənistandakı rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan

O, özünün Facebook hesabında paylaşım edərək yazıb ki, Kremlin İrəvanda olan əlaltıları ciddi siyasi böhran yaşayırlar. Akopyan konkret olaraq rusiyayönlü qüvvələrə söz atıb: "Ermənistanın rusiyayönlü qüvvələri qarşıdan gələn parlament seçkilərində iki ciddi problemlə üzləşəcək. Onlar nəinki Nikol Paşinyana qarşı birləşə bilmirlər, həm də öz aralarında açıq şəkildə və ictimai düşmənçilik aparırlar. Təbii ki, bu amillərdən yalnız Nikol Paşinyan faydalanacaq".

Erməni jurnalisti qorxuya salan 10 fars vəartan demoqrafiya problemi
Jurnalist ölkəsindəki siyasi xaosdan gileylənərək yazıb ki, haqqında söz açdığı qüvvələr son illər Ermənistanda baş verən fəlakətlərdən sonra Rusiyadan tamamilə üz çevirib. Bir sözlə, bu gün Ermənistanda vəziyyət xeyli dəyişib: "Mən həm də qeyri-siyasi və hökumət dairələrində Rusiyaya qarşı məyusluq və qəzəbin artmasını da nəzərdə tuturam. Bu qəzəb 1920-ci ildə bolşevik-kamalçı razılşaması zamanı və çar Rusiyası, Romanovlar hökumətinin anti-erməni siyasət yeritdiyi dövrlərdə olduğundan daha dərindir".
Tural Tağıyev
AzVision.az

Chosen
12
1
azvision.az

1Sources