EN

Bakıda tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir

Bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib. O bildirib ki, əsas diqqət problemli zonaların aşkarlanması və insan axınının hansı istiqamətlərdə olduğunu müəyyənləşdirməkdir:

"Tramvay xətlərinin inşasının özlüyündə yaradacağı fəsadlar var. İlk növbədə bunun üçün uyğun yer olmalıdır. Biz Bakıda tramvay xətlərinin inşası üçün faydalı ola biləcək bir neçə ərazi müəyyən etmişik".

AzVision.az

Chosen
22
azvision.az

1Sources