EN

Britaniya milyonçusu iflasını elan edib yoxa çıxdı

Britaniyanın fintex proqram təminatı şirkəti olan “Stenn Technologies”in yaradıcısı Qreq Karpovski işçilərinə şirkətin iflasa uğraması barədə məlumat verdikdən sonra yoxa çıxıb. Bu barədə “Bloomberg” məlumat yayıb. 

Nəşr qeyd edib ki, iki il əvvəl “Stenn Technologies” 1 milyard dollar dəyərində qiymətləndirilirdi. Dekabrın 4-də isə Karpovski 250 işçini telefon danışığında şirkətin dağılması barədə məlumatlandırıb. Bloomberg-in yazdığı kimi, şirkətin rəhbəri həmin an artıq Britaniyada deyildi.

"Stenn"in iflasından sonra şirkətin törəmə qurumları da müflis olduqlarını elan ediblər. Bu şirkətlərdə çalışanların çoxu artıq işdən çıxarılıb. Agentlik yazır ki, "Stenn"in təsisçisi növbəti söhbətdə iştirak etməyib.

Tural

Chosen
25
news365.az

1Sources