EN

Julio Romao: "Azərbaycan Avropadakı bir çoxundan daha yaxşı ölkədir"

“Qarabağ”ın yarımmüdafiəçiri Julio Romao Braziliyanın “Globo” nəşrinə müsahibə verib.

"Operativ Media" xəbər verir ki, Julio Romao Azərbaycan Premyer Liqasının mürəkkəb olduğunu düşünür.

“Gələndə dedilər ki, oyunlar çox ağır keçir. “Qarabağ” uzun illərdir çempiondur, çünki məşqçi çoxdandır klubun fəlsəfəsini qoruyur. Transfer dönəmində az oyunçu ayrılır və bu da komandanın öz performansını qoruyub saxlamasına səbəb olur. Amma liqa çətindir, çünki rəqiblər bizə qarşı başqa cür hazırlaşırlar. Avropa Liqasında komandalar ya eyni səviyyədədir, ya da bir az yüksəkdir. Ona görə də fərqlidir. Daxili çempionatda komandalar müdafiədən oyun qururlar və bu, bizim işimizi çətinləşdirir. Çox mürəkkəb oyunlar olur, komandalar bizi artıq tanıyır. Liqa mürəkkəbdir, təmas oyunları, boş sahə azdır”.

O, Azərbaycanın Avropanın bir çox ölkələrindən daha yaxşı olduğunu bildirib.

 “Portuqaliyada sakit idi, uyğunlaşmaq asan idi, eyni dildə danışırdım. Azərbaycanda tamamilə fərqli oldu. İnsanlar, mədəniyyət, iqlim… Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu. Məni çox yaxşı qarşıladılar, kənardan gələnlərə qarşı burada mehriban olurlar. Gəlməzdən əvvəl qorxdum, amma şəhəri görəndə heyran oldum. Görməli çox şey var. Ailəmi də gətirmişəm, hamı buranı bəyəndi. İnsanlar bu ölkəni tanımadıqları üçün Azərbaycan geri qalır. Halbuki Avropadakı bir çoxundan daha yaxşı ölkədir. Təhlükəsizlik yüksək səviyyədədir. Burada hər şey yaxşıdır, şikayət edəcəyim heç bir şey yoxdur”.

Chosen
35
operativmedia.az

1Sources