EN

AZAL təyyarəsində olmuş 5 rusiyalının vəziyyəti açıqlandı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan 5 rusiyalı federal mərkəzlərdəki xəstəxanalardadır.

Yenisabah.az INterfax-a istinadla xəbər verir ki, onların vəziyyəti orta ağırdır.

Bunu Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Onun sözlərinə görə, təyyarə qəzasında xəsarət alan qızın vəziyyəti yaxşılaşıb və o, həkimlərin ambulator müşahidəsi üçün xəstəxanadan buraxılıb.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i dünyasını dəyişib.

Təyyarə Qroznıda bir neçə dəfə eniş cəhdindən sonra Aktauya istiqamət alıb. O, Qazaxıstan hava limanına təxminən 3 km qalmış qəzaya uğrayıb.


Telegram kanalımız
Chosen
23
yenisabah.az

1Sources