EN

Naxçıvanda problemli kreditlərin qaytarılması 14,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ildə 17,7 milyon manat güzəştli kreditlərin geri qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 2,9 dəfə çoxdur. 

2024-cü ildə 11,0 milyon manat problemli kreditlərin qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 14,5 dəfə çoxdur. 

Fondun  ehtiyatlarının qalıq məbləği ilin əvvəli ilə müqayisədə 2,9 dəfə artaraq 1 yanvar 2025-ci il tarixə 19,2 milyon manat təşkil edib. 

Ötən il Naxçıvanda 4,2 milyon manatdan çox güzəştli kredit verilib 

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 layihənin maliyyələşdirilməsinə 4,2 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib.

Güzəştli kreditlərin 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi xidmət sahələrinin inkişafına yönəldilib.

Naxçıvanda güzəştli maliyyələşmənin əhatə dairəsi genişlənib 

2024-cü ildə sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-a çatdırılıb. Bu istiqamətdə 3 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.

Chosen
27
2
marja.az

3Sources