Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Ağamir Əzimov Ukrayna müharibəsinə zorla göndərilib və Ukraynada əsir düşüb.Ağamir Əzimovun əsir düşməsini əks etdirən görüntüləri ailəsi BUTA.TV-a təqdim edib. Görüntülərdə solda yerdə uzanan Ağamir Əzimovdur, onun yanındakı, o cümlədən əsir götürülərkən fikizi işgəncələrə məruz qalan şəxsin kimliyi haqda məlumat yoxdur. Digər görüntüdə isə A.Əzimov əsir düşən rus əsgərin Rusiya ordusuna müraciəti zamanı onun yanında dayanıb.