EN

Aİ-nin Ermənistandakı missiyasının müddəti daha 2 il uzadılır

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi qurumun Ermənistanda yerləşdirilmiş mülki missiyasının müddətinin daha 2 il uzadılmasını təklif edib.

Modern.az xəbər verir ki, bu barədə Ali Nümayəndəliyin mətbuat xidmətindən “Azadlıq” radiosuna bildiriblər.

Üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər.

“Avropa İttifaqı Şurasının yaxın ghünlərdə Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı qərar verəcəyi gözlənilir”.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu missiya regional sabitliyə zərbə vurduğuna görə, bölgədən çıxarılmalıdır.

Avropa İttifaqı isə bəyan edib ki, Ermənistandakı missiyasının mandatı belədir: Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti Ermənistan tərəfdən müşahidə etmək və yerindəcə hesabat vermək və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərinə töhfə vermək.

2023-cü ilin fevralında Ermənistana ilk olaraq 100 mülki müşahidəçi gəlmişdi, sonrakı aylarda onların sayı iki dəfə artdı.

Chosen
14
modern.az

1Sources