EN

“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edilib

Bakı. Trend:

Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssas və vacibmövzularda təşəbbüslərini davam etdirir. Ənənəsinə sadiq qalan Fond“Onlar Bizə Əmanətdir” layihəsi çərçivəsində növbəti dəfə şəhidövladlarını sevindirib. Yeni il və Dünya AzərbaycanlılarınınHəmrəyliyi Gününə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqlaölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində 16yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdimedilib.

Şəhid övladlarının siyahısının hazırlanması yerli icrahakimiyyəti orqanlarının, hədiyyələrin onlara çatdırılması isəfondun könüllüləri ilə yanaşı “Azərpoçt”un dəstəyi ilə baş tutub.Layihənin həyata keçirilməsində “Kapital Bank”, “PMD Group”,“PashaPay”, “PASHA Investments”, “PASHA Technology”, “PASHA Life”və “PASHA Bank” kimi nüfuzlu tərəfdaşlar iştirak ediblər.

4 ildir davam edən “Onlar Bizə Əmanətdir” layihəsinin əsasməqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənşəhidlərimizin övladlarına mənəvi dəstək göstərmək, onlaracəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.

Uşaqlarına sevinc dolu anlarını izləmək üçün keçid edin:https://kbl.az/robe

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildəKapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilikmədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitinmühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dairsosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədiyardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafındabirləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianəedərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxilolmaq kifayətdir.

Chosen
13
32
az.trend.az

10Sources