EN

Livanın yeni prezidenti belə başladı: Hədəf "Hizbullah" olmadan İsraildən qurtulmaqdır

Livan parlamentinin ordu komandanı Cozef Aunu ölkənin 14-cü prezidenti seçdiyi haqda məlumat vermişdik.

Publika.az xəbər verir ki, yeni prezident artıq qarşıda duran hədəfləri açıqlayıb.

Aun Livanda “yeni dövrün” başlanmasını alqışlayıb və ölkəni iqtisadi və siyasi böhrandan çıxaracağını vəd edib. O, həmçinin hökumətin mandatı altında "silahları monopoliyaya almaq" üçün vədlər verib. Aunun əsas məqsədinin Livan ordusunun rolunu gücləndirmək olduğunu bildirib.

"Livan dövləti İsrail işğalından qurtulacaq", - Aun çıxışında deyib.

Yeni prezident Livanın "Hizbullah"ın iştirakı olmadan rəsmi olaraq düşmən dövlət kimi təsnif edilən İsrailə qarşı “müdafiə strategiyası” məsələsini də qaldırıb.

Chosen
36
publika.az

1Sources