EN

Litvanın Rusiyaya qarşı ərazi iddiaları var - Kreml

“Litva prezidenti Gitanas Nausedanın Kalininqradın mülkiyyəti ilə bağlı sözləri onu göstərir ki, Vilnüsün Rusiyaya qarşı ərazi iddiaları var”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Litva ölkəmiz üçün qeyri-dost və bizə düşmən olan dövlətdir. Bu, Moskvanın gördüyü bütün təhlükəsizlik tədbirlərinə haqq qazandırır”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Nauseda Kalininqradı Litvanın tərkib hissəsi adlandırıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
22
missiya.az

1Sources