EN

"Barselona"nın vitse-prezidenti istefa verdi

İspaniyanın "Barselona" klubunun rəhbərliyində ayrılıq olub.

"Unikal" xəbər verir ki, Kataloniya təmsilçisinin vitse-prezidenti Juli Qiu vəzifəsindən ayrılıb. u barədə klubun saytı məlumat yayıb.

Qiunun vitse-prezidentlikdən öz istəyi ilə istefa verdiyi bildirilib.

Qeyd edək ki, Qiu 2021-ci ildən "Barselona"nın vitse-prezidenti idi. İspaniya mətbuatında onun klubun "Nike"la yeni anlaşması ilə bağlı fikir ayrılıqlarına görə vəzifəsindən getdiyini yazılıb.

Chosen
6
4
unikal.az

6Sources