EN

“Suriya hekayəmiz yeni başlayır” – Hakan Fidan + VİDEO

Deyə bilərəm ki, Suriya ilə bağlı hekayəmiz yeni başlayır. Bu mərhələdə Suriya xalqı müxtəlif çətinliklərlə üzləşir, xüsusilə də ölkənin yenidən qurulması məsələsini qeyd edə bilərik. Rejimin devrilməsindən sonra bir həftə ərzində açdığımız səfirliyimiz və bu sahədə aktiv fəaliyyət göstərən şuralarımızla qonşumuzun yendiənqurma işlərinə və inkişafına dəstək verməyə başladıq”.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan İstanbulda milli və beynəlxalq media qurumlarının nümayəndələri ilə keçirilən görüşdə deyib.

Suriyada Bəşər Əsədin devrilməsindən sonra yeni dövrə toxunan Fidan, “Qaniçən rejimə qarşı çətin mübarizə aparan suriyalı qardaşlarımız 61 illik zülmə son qoyub, yeni dövrün əsasını qoydular”, -deyə qeyd edib.

XİN rəhbəri daha sonra sözlərinə belə davam edib:“2011-ci ildən strateji səbirlə davam etdirdiyimiz Suriya siyasətimizdə bütün hücumlara, təxribatlara və maneələrə baxmayaraq haqqı, ədaləti və insanlığı müdafiə etdik. 13 ildir Suriya məsələsi üzərində intensiv işləmiş biri kimi hamımız təbii olaraq bu nəticəni görməkdən məmnunuq”.

“AzPolitika.info”

Chosen
26
azpolitika.info

1Sources