“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının Mönhenqladbax “Borussiya”sı ilə 16-cı tur oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Bayern” üçün hər şey həmişə aydındır: harada və kiminlə oynamağımızdan asılı olmayaraq, biz həmişə qalib gəlmək istəyirik. “Borussiya”nın heyətində təkbətək mübarizələrdə qalib gəlməyə qadir olan çoxlu texniki oyunçular var. Bu, öz DNT-si olan bir klubdur. Bu, həmişə belə olub. Ona görə də oyun xüsusi olacaq. Təkrar edirəm, biz yalnız qələbə qazanmaq istəyirik”, deyə Kompani vurğulayıb.
Xatırladaq ki, Mönhenqladbax “Borussiya”sı “Bayern”i yanvarın 11-də qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:30-da başladacaq.
15 oyundan 36 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. Mönhenqladbax “Borussiya”sı isə 24 xalla 8-ci pillədədir.