EN

“Bu xəbərlərin, demək olar ki, heç biri həqiqətəuyğun deyil”

“Liverpul”un baş məşqçisi Arne Slot mersisaydlıların “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə maraqlanması barədə yayılan xəbərləri təkzib edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu məlumatların demək olar ki, hamısının həqiqətə uyğun olmadığını bildirib:

“Şayiələr yayılır və biz onları şərh etməyəcəyik. 100 hadisədən 99-da transfer pəncərəsinin sonuna kimi məlum olur ki, bu xəbərlərin demək olar ki, hamısı həqiqətə uyğun deyil”.

Daha əvvəl mətbuatda 23 yaşlı gürcü futbolçu ilə “Liverpul” və PSJ-nin fəal maraqlandığı barədə xəbərlər yayılmışdı.

Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm komandasının heyətində bütün turnirlərdə 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
7
sportinfo.az

1Sources