EN

Türkiyə XİN ABŞ-a başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın Los-Anceles dairəsi və ətrafındakı meşə yanğınları ilə bağlı bəyanat yayıb. Nazirliyin bəyanatında yanğının Los-Anceles və ətrafına böyük ziyan vurduğu bildirilir. Bəyanatda həmçinin bu ifadələrə yer verilib: "ABŞ-ın Los-Anceles dairəsi və ətrafına ciddi ziyan vuran yanğın xəbəri bizi dərindən sarsıtdı. İtkilərə görə ABŞ xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik."



Chosen
34
1
trt.net.tr

10Sources