EN

"Murovdağ” gəmisi iki ölkəyə səfərini uğurla tamamlayıb

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ötən ilinoktyabr ayında aldığı sayca ikinci “Handysize” tipli “Murovdağ”gəmisi Kolumbiya və Ekvadora olan ilk səfərini uğurlatamamlayıb.

Trend bubarədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

“Murovdağ” hazırda Çilinin Tokopilla limanına doğru hərəkətedir. Gəmi burada gübrə və ammonium nitrat yükünü anbarlarınayükləyəcək və daha sonra Braziliyanın Salvador limanına doğru yoladüşəcək.

Qeyd edək ki, bu nəhəng quru yük gəmisi ASCO-nun 2024-cü ilinmayında istifadəyə verdiyi ilk “Handysize” tipli “Xocalı” gəmisikimi təxminən 38 000 ton yükgötürmə qabiliyyətinə (dedveytə)malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzelolan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayazlimanlara rahatlıqla daxil ola bilir.

2020-ci ildə Yaponiyada inşa edilmiş “Murovdağ” ekoloji baxımdanbeynəlxalq standartlara cavab verir, yanacaq sərfində qənaətcilliyiilə seçilir və müasir təhlükəsizlik sistemləri ilə təchizedilib.

Məqalədə:
Chosen
8
11
az.trend.az

10Sources