Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 min 946,2 ton kolbasa məmulatları istehsalı edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 min 146,2 ton və ya 8,3% çoxdur.
Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə 25 min 800 ton kolbasa məmulatları istehsal edilmişdi.
Ötən ilin dekabrın 1-i vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 56,6 ton təşkil edib. Bu da illik müqayisədə 6,7%, başqa sözlə 13,4 ton çoxdur.