EN

“Danışıqlar dayanıqlı sülhə gətirməyəcək” - “Putinin şərtləri Ukraynanın kapitulyasiyası deməkdir”

Kremlin Qərb liderləri ilə dialoqa “hazır olmasına” baxmayaraq, Vladimir Putinin tələblərini nəzərə alsaq, bu cür danışıqlar davamlı sülhü heç cür təmin edə bilməz. 

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, son olaraq Kreml ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla “heç bir ilkin şərt olmadan” müzakirələr aparmağa hazır olduğunu bildirib, lakin danışıqlarda Rusiyanın mövqeyinin dəyişməz qaldığını qeyd edib: “Kremlin sözçüsü Dmitri Peskov yanvarın 10-da Trampın Vladimir Putinlə görüşün təşkili ilə bağlı açıqlamasına cavab verib və Putinin “heç bir şərt olmadan” beynəlxalq liderlərlə təmaslara açıq olduğunu qeyd edib. Bununla belə, Peskov bir daha vurğulayıb ki, Kreml 2024-cü ilin iyununda Putin tərəfindən müəyyən edilmiş və dekabrın 19-da “Birbaşa xətt”də təkrarlanan Ukrayna ilə bağlı dəfələrlə səsləndirilən mövqeyini saxlayır.

2024-cü ilin iyununda Putin Ukraynadan denasifikasiya və demilitarizasiya bəhanəsi ilə Prezident Vladimir Zelenskini və onun hökumətini dəyişdirməyi, Ukraynanın şərqində və cənubunda mühüm ərazilərin, o cümlədən Rusiyanın hazırda nəzarət etmədiyi Ukrayna ərazilərinin Rusiyaya verilməsini tələb etdi. Bütün bunlar faktiki olaraq Ukraynanın tam təslim olması deməkdir. Kremlin Qərb liderləri ilə dialoqa “hazırlığına” baxmayaraq, Putin bu tələblərə əməl etdiyi müddətdə hər hansı danışıqlar həqiqi və davamlı sülhə gətirib çıxarmayacaq”.

“AzPolitika.info”

Chosen
11
1
azpolitika.info

2Sources