Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə ay öncə Avropa Birliyinə üzvlüyə əmin olmadığını deyirdi. Məncə onun bu çıxışı Əliyevin son bəyanatları ilə bağlıdır.BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib. “Paşinyan düşünür ki, bu addımları Əliyevə öz planlarını gerçəkləşdirməyə mane olacaq. Halbuki o ölkənin təhlükəsizliyinin təmini üçün konkret addımlar atmalı idi. Ermənistanın AB-yə üzvlük perspektivi dumanlıdır və ölkəmiz üçün çox pis zarafata çevrilə bilər. Hazırda AB və Rusiyanın inteqrasiya birlikləri arasında rəqabət gedir. Moskva deyir ki, AB və Avrasiya İttifaqı bir-birinə uyğun təşkilatlar deyil. Ermənistana göstərir ki, ikisindən birini seçməlidir. “Həm, həm” siyasətini tətbiq etmək alınmayacaq, çünki dünya artıq dəyişib. Ermənistanın Avrasiya İttifaqından çıxması isə erməni iqtisadiyyatını 90-cı illərə qaytaracaq” – deyə o bildirib. Balasanyan Ermənistanın Qərbə plasdarm üçün lazım olduğunu bildirib: “Ermənistanın təkcə KTMT və Avrasiya İttifaqı üzvlüyü yoxdur, onun həm də İranla quru sərhədi var. Bu da ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması və İranla müharibə üçün plasdarm rolunu oynaya bilər”.