Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə riayət edilməsinin vacibliyini yenidən xatırladıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu O.Şolts Berlində Almaniya Sosial Demokrat Partiyasının federal qurultayında çıxışı zamanı bildirib.
Məlumata görə, bu Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsi imkanına dair bəyanatlarla əlaqədardır.