Gəncə şəhərində Kəlbəcər rayon sakini bıçaqlanıb.
Məlumata görə, hadisə məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydə alınıb. Şəxsi münasibətlər zəmnində bıçaq xəsarəti alan Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü M.Əhmədzadə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü P.Qasımovdur.
Faktla bağlı araşdırma aparılır.