EN

Monqolustanın paytaxtında etirazçılar mərkəzi yolu bağlayıblar

Monqolustanın paytaxtı Ulan-Batorda etirazçılar paytaxtın mərkəzindəki əsas yolu bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar. Bu barədə yerli “News.mn” portalı məlumat yayıb.

 

Məlumata görə, nümayiş yerli vaxtla saat 11:00-dan 17:00-a qədər keçirilməli idi.

 

Aksiya təşkilatçıları havanın çirklənməsi və vergi məsələlərinə görə Monqolustan hökumətinin istefasını tələb edirlər.

Tarix: 11 Yanvar 2025, 21:32   
Chosen
27
11
pravda.az

10Sources