EN

Bu ölkə İsraillə sərhəddə hərbi birləşmələr yerləşdirir

Livan BMT sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə iki şəhər və altı qəsəbəyə hərbi birləşmələr yerləşdirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilər Bint Cbeil və Teir Harfa şəhərlərinə, Aytarun, Alma al-Şaab, Majdal Zun, Ed-Duheira, Əl-Kuzah və Əl-Salxani kəndlərinə daxil olublar.

“Hərbi komandanlıq sakinləri hərbi hissələrin yeridilməsi başa çatana qədər bu ərazilərə qayıtmaqdan çəkinməyə çağırır”, - deyə məlumatda bildirilir.

Siyahıda qeyd olunan yaşayış məntəqələrində əvvəllər Livanın "Hizbullah" hərəkatının yeraltı tunelləri və anbarlarını ləğv edən İsrail Müdafiə Qüvvələrinin bölmələri olub .

Chosen
41
publika.az

1Sources