EN

Daha bir ölkədə təyyarə qəzası: 10 nəfər həlak oldu

Kolumbiyanın şimal-qərbində kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 8-də itkin düşdüyü bildirilən “Pacifica Travel” şirkətinə məxsus təyyarə Kolumbiyanın şimal-qərbindəki Antiokia departamentində qəzaya uğrayıb.

Bildirilib ki, təyyarədə iki ekipaj üzvü və səkkiz sərnişin olub.

Chosen
2
50
news365.az

10Sources