EN

Türkiyənin XİN başçısı Berbokla görüşdü - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda almaniyalı həmkarı Annalena Berbokla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə paylaşım Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkə hesabında edilib.

Danışıqların təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Ər-Riyadda Suriyadakı vəziyyətə həsr olunmuş ərəb xarici işlər nazirlərinin görüşü keçirilir. Danışıqlara Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Faysal bin Fərhan Əl Səud sədrlik edir. İştirakçılar arasında Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, BƏƏ, Livan, Küveyt, Misir və Türkiyənin xarici işlər nazirliklərinin nümayəndələri iştirak ediblər.


Bizim.Media

Chosen
9
2
bizim.media

10Sources